Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0006 AZN
Oxunub: 59 dəfə

“Sabah Residens” MTK hüquqi şəxs qismində cərimə edilib

Paylaş

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında həmin ünvana baxış keçirilib. Araşdırma zamanı həmin ünvanda tikinti işləri aparan “Sabah Residens” MTK tərəfindən 16 müxtəlifcinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.

Bunu jurnalistlərə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, faktla bağlı akt tərtib olunub və “Sabah Residens” MTK hüquqi şəxs qismində 4 min manat məbləğində cərimə edilib.

Nazirliyin sözçüsü bildirib ki, ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya nazirliyin əməkdaşları tərəfindən göstəriş verilib və ağacların dibi şirkətin işçiləri tərəfindən betondan təmizlənib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az