Bu Gün Hava: 22°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 1. 428 dəfə

Zaqatala sakinləri həkimlərə dəstəklərini nümayiş etdiriblər

Paylaş

Bu çətin günlərdə, dünyanı ağuşuna alan koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə səhiyyə işçiləri şücaət göstərərək, xalqımızın sağlamlığının keşiyində durur, pandemiya ilə mübarizədə həyatlarını risqə ataraq böyük fədakarlıqla öz vəzifə borclarını yerinə yetirirlər.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, aprelin 6-da axşam saatlarında Zaqatala rayonunda günümüzün qəhrəmanları olan həkimlərə dəstək aksiysı keçirilib.

Zaqatala şəhərinin sakinləri axşam saat 20:30-da yaşadıqları evlərin, çoxmənzilli yaşayış binalarının eyvanlarına çıxaraq, pandemiya ilə mübarizə aparan həkim və tibb işçilərini alqışlayıb, onlara təşəkkürünü bildirib, həmrəylik nümayiş etdiriblər.

Paylaş

440 thoughts on “Zaqatala sakinləri həkimlərə dəstəklərini nümayiş etdiriblər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az