Əgər Rusiya strateji məğlubiyyətə yaxınlaşarsa… - Putin

Jun 22, 2024 - 12:58
 0  3
Əgər Rusiya strateji məğlubiyyətə yaxınlaşarsa… - Putin

Qərb Rusiyanı strateji məğlubiyyətə yaxınlaşdırarsa, Moskva ən ekstremal tədbirlərə əl atmağa hazırdır.

arx.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Hanoyda jurnalistlərin Ukrayna ilə müharibədə strateji məğlubiyyətə uğrayacağı təqdirdə ekstremal tədbirlərə əl atmağa və nüvə silahından istifadə etməyə hazır olub-olmadığı haqda sualını cavablandırarkən deyib.

“Rusiya üçün bu, onun dövlətçiliyinin sonu deməkdir. Bu, Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir. Məncə, hamıya aydındır. Və sual yaranır: niyə qorxmalıyıq? Sona qədər getmək daha yaxşı deyilmi? Bu elementar formal məntiqdir”.

Reaksiyanız necədir?

like

dislike

love

funny

angry

sad

wow