Azərbaycanda siqaret bahalaşacaq? - AÇIQLAMA

Apr 24, 2024 - 15:23
 0  11
Azərbaycanda siqaret bahalaşacaq? - AÇIQLAMA

"Azərbaycanda tütün məmulatları, spirtli içkilərlə bağlı son illərdə daim belə bir siyasət yürüdülür. Rüsumlar, ödənişlər, aksiz dərəcələri və vergilər artırılır".

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bu sosial məsələ olmadığına görə, narahatlıq və narazılıq doğurmadığı düşünülür:

"Doğurdan da belədir, bu, sosial məsələ deyil. Rəsmilər bunu həm də sağlam həyat tərzinin təşviqi kimi təqdim edirlər. Təbii ki bu, qiymət artımına təsir edir. İstənilər rüsumun artımı, qiymətin də artmasına təsir edir. Sadəcə bir önəmli detal var ki, tütün məmulatlarının daxili bazarda qiyməti çox baha olduqda və qonşu ölkələrdən çox fərqlənəndə, qaçaq yolla Azərbaycana tütün məmulatlarının gətirilməsi artır və artacaq. Ona görə də, diqqətli olmaq lazımdır".

Xatırladaq ki, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri üçün yeni rüsum müəyyənləşib. Bununla bağlı məsələ Milli Məclisin iclasında I oxunuşda mazakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə "Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestri" ndən çıxarışın verilməsi rüsumu 150 manat təşkil edəcək.

Reaksiyanız necədir?

like

dislike

love

funny

angry

sad

wow