Daşqın Güneyli. "Dənizdən Dənizə böyük Ermənistan" xülyası_Nahaq tökülən qanlar.
Yarımçıq qalan “böyüklük” xülyası, baş qaldıran erməni terroru, tökülən günahsız qanlar,
Tarixən erməni yalanlarının ayaq tutub yeridiyi və dünya böyüklərinin bu yalanlara inanaraq alət olmalarının hər birimiz şahidi olmuşuq. Dünyada köçəri tayfa kimi, tanınan ermənilərin oturaq həyat tərzlərinin olmadığıda hər kəsə məlumdur. Amma, nədənsə bu fakt hamıya məlum olduğu halda necə olur ki, erməni yalanları reallıqları öz kölgəsində qoya bilir? Axı necə olur ki, dünyanın nüfuzlu təşkilatları belə ermənilərin bu qədər ağ yalanlarına inanıblar?
Son zamanlar cərəyan edən proseslər, həm də siyasi arenalarda əsas söz sahibi olan rəhbərlərin fərdi yanaşmalarının, dövləti maraqlardan üstün sərgilənməsi illərdir ki, hamının beynində yaranan bu suallara qisməndə olsa cavab verib desək yanılmarıq.
Ordu.az saytı olaraq, əməkdaşımızın bu mövzuda qələmə aldığı maraqlı bir araşdırmanı sizlərə təqdim edir.
Dünyanı idarə edən güclərin belə bu maraqların əsirinə çevrildiyin düşündüyümüz zamanlarda əslində nələrin baş verdiyindən tam olaraq xəbərsiz dünyadan ədalət ummuşuq. Düzdür məsələni dərindən təhlil etdikdə bu güclərin erməniləri öz maraqları xatirinə idarə etdikləri görünsə də, əslində isə böyük güclərin bu yanaşmalarından ermənilər öz xeyirlərinə ustalıqla istifadə etməyi bacara bildilər. İri dövlətlərin müəyyən coğrafiyalarda özlərinin iqtisadi və siyasi maraqlarının təmin olunması yolunda yem olaraq ermənilərdən istifadə etmələri çox zaman “səmərəli” olub. Etiraf edək ki, bununda nəticəsi planlandığı kimi uğurlu alınıb. Əks halda ermənilərin açıq bir şəkildə “Dənizdən – Dənizə Böyük Ermənistan” yaratmaq iddialarını bəyan etməyə cürət etməzdilər.
Maraqların oyunu, təşkilatlanmağa dəstək
Ermənilərin ortaya atdıqları ideyalar həm də onları idarə edən qüvvələrin oyununun əsas hissəsi olub deyə bilərik. Müəyyən vaxtlar aralığıyla regionlarda milli münaqişələrin yaranmasında, millətlər arasında münaqişəni qızışdırmaqda, insanlar arasında çaşqınlıq yaratmaqda, həmçinin cəmiyyətdə xaosa səbəb olacaq olayların yaranmasında ermənilərdən ustalıqla istifadə edilib. Bu münaqişə ocaqlarının alovlandırılmasında əsasən ali təhsilli ermənilərdən daha çox istifadə edilib. Söz yox ki, heç bir hərəkat birdən – birə canlanmır. Bunun üçün illər öncədən yazılan siyasi ssenarrilər işə düşür. Bu hadisələrin geniş yayılmasında da əsas təşkilatçıların öncədən hazırladıqları baş rol ifaçıları olan “fiqurlar” idarə olunaraq, cəmiyyəti əsas maraqlar yönündə aparılmasını istiqamətləndirirlər. Bu cür vəziyyətlərin qüsursuz həyata keçirilməsi üçün də təşkilatlanmanın olmasına diqqət yetirilir. Elə ermənilərində xaricidən xüsusi ayrılan maliyyələr hesabına təşkilatlanması bu məqsədlərə xidmət edir. Təbii ki, təşkilatlanmanın yaradılması üçün isə müəyyən bir olayların baş verməsi bəhansəi ortaya qoyulmalıydı. Tarixi faktlardan da məlum olur ki, ilk erməni milli hərəkatı 1780 – cı ildə Zeytun üsyanı ilə başlamışdır. Hərəkatın təşkilatlanmasından sonra, gündəlikdə olan əsas məsələlər və qarşıya qoyulan məqsədlər açıqlanır.
Erməni milli hərtəkatının gündəliyinin əsas məqsədi, “silah və terror gücü ilə “Dənizdən - dənizə Böyük Ermənistan” adlı dövlət yaratmaq, “Qara dənizi”, “Xəzər dənizi” və “Aralıq dənizi” arasında çıxış əldə etmək olub. Təşkilatın əsas hədəfi qarşıya qoyulan bu məqsədlərə çatana qədər, mübarizəni aparmaq, bütün yollardan istifadə etməklə hərəkatın gücünü artırmaq, qarşıya çıxan maneələri terror yolu ilə məhv etmək, fəaliyyətin gücünü daha da artırmaq üçün siyasi arenada özlərinə yer almaqdan ibarət olub. Araşdırmalar zamanı məlum olur ki, “Erməni milli hərəkatı” zamanla öz istəyinə nail olub. Belə ki, müəyyən zaman çərçivəsində bir siyasi və üç terror təşkilatının fəaliyyətini daha da genişləndirməyə nail olunub. Hər 4 təşkilatın milli hərəkat adlandırdıqları yolda kifayət qədər fəallıqlarının olduğunun şahidi oluruq. Bunlardan biri olan “Armenakan” təşkilatı zamanla siyasi arenaya nüfuz etməyi bacarıb. Bir müddət fəaliyyətdən sonra, “Armenikanın” nəzdində “Hnçak”, “Daşnaksütun”, və fəaliyyətləri dövrü ərzində ən geniş səs – küyə səbəb olan “Asala” kimi törəmə təşkilatlar yaradılır. Bu təşkilatlarda terror yolu ilə “Böyük Ermənistan” yaratamaq yolunda gizli və aşkar olmaqla fəaliyyətlərini genişləndirirlər.
Dənizdən – dəniz “böyük ermənistan”, yarımçıq qalan xəyal
Yuxarıda qeyd etdik ki, “Böyük ermənistan” yaratmaq yolunda yaradılan 4 təşkilat olub. Bunların hər birinin ayrıca nizamnaməsi olsada təşkilatlar ümumi maraqlar ətrafında birləşmişdi. Hər kəsdə maraq doğuran əsas sual isə ermnilərin dənizdən – dənizə ideyasının əsas coğrafiyası olub. Belə ki, ideyanın hədəfində qədim Türk torpaqları ilə yanaşı Gürcüstan əraziləridə əsas götürülüb. Yəni, qədim Azərbaycan torpaqlarında sonradan yaradılan indiki ermənistan istisna olmaqla “Böyük Ermənistanın” əsas hissəsi Azərbaycan, Türkiyə və Gürcüstandan keçməklə yuxarıda adı çəkilən 3 dəniz arasında yaradılmalı və dənizlərə bir başa çıxışlar təmin olunmalıydı.
Böyük Ermənistan planı müasir Ermənistan ərazilərindən başqa, daha 3 dövlətin ərazilərini əhatə edirdi.
“Armenakan” təşkilatı 1885-ci ildə Osmanlı imperiyasında müəllim işləyən Mıxtariç Portukalyan adlı erməni tərəfindən yaradılır. Təşkilatın qəbul olunan bəyannaməsində qəbul edilən “Qan tökmədən müstəqillik əldə etmək mümkün deyil” şüarı isə erməni təşkilatlanmasının əsas hədəfinin terror olmasını deməyə əsas verir. Bir müddətdən sonra fəaliyyət planlarının daha da genişləndirilməsi məqsədilə öz tabeçiliklərində digər təşkilatların formalaşması qərara alınır. Beləliklə də 1887-ci ildə “Hnçak” və 1890 – cı ildə isə “Daşnaksütun” təşkilatları yaradılaraq əsas sələfləri olan Armenakanın apardığı idea mübarizəsini davam etdirirlər. Az öncə də qeyd etmişdik ki, ermənilər əsas oyunlarında ali təhsil alan ermənilərdən daha çox istifadə etməklə həyata keçiriblər. Hnçak təşkilatı 1887-ci ildə İsveçrənin Cenevrə şəhərində Avedis Nazerbeg adlı erməni tələbənin adıyla yaradılaraq fəaliyyətə başlayır. Bu təşkilatların fəaliyyətləri sonralar dünyanın bir çox ölkələrində Türk diplomatlara qarşı terror aktlarının törədilməsində də hallanır. Erməni terror təşkilatları, Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə respublikamızda xaos yaratmaq məqsədilə də ciddi fəaliyyətləri olur.
Dünyada nə qədər erməni yaşayır?
Erməni. İndi qeyri ixtiyari bu ad eşidiləndə təkcə Azərbaycanda deyil, artıq həqiqəti anlayan bir çox ölkələrdə ilk ağıla gələn vəhşilik, qan, günahsız insanların kütləvi qətliamı, dağıntılar, ərazi iddiaları, tək kəlmə ilə ifadə etsək “terror” gəlir. Uzun illər az qala dünyanın yarısının onlara məxsus olduğunu iddia edən ermənilərin bütün xislətləri artıq hamıya məlumdur. Yuxarıda da qeyd etdik ki, ermənilərin əsas iddialarından biri “Dənizdən – dənizə Böyük Ermənistan” yaratması xülyası olub. İddia etdikləri coğrafiyada guya 4 min illik bir tarixə malik olduqları yalanları özlərinədə yaxşı məlum olduğu halda az qala dünya ictimaiyyətini buna inandıra biliblər. O zaman bir sual da yaranır, iddia edilən ərazinin kifayət qədər böyük olması və qədim tarix istər – istəməz ermənilərin sayını diqqətə gətirir. Bəli, belə bir sual yaranır ki, görəsən dünyada nə qədər erməni yaşayır?
Aparılan araşdırmalar zamanı ermənilərin kompakt məskunlaşdıqları ərazilər üzrə saylarının statistikası açıqlanıb. Məlum olub ki, ermənilərin indiki ermənistan adlanan qədim Azərbaycan torpaqları istisna olmaqla ən çox yaşadıqları yer, bir vaxtlar kölgəsinə sığınaraq özlərini yenilməz hesab edən, bu gün isə əlləri üzüldüyü üçün arzuolunmaz hesab etdiklri Rusiya ərazisidir. Bu ölkənin rəsmi dairələrində 1milyon 9 min erməni yaşaması qeyd edilib. Statistikaya görə, Rusiya ərazisində kompakt yaşayan ermənilər əsasən Stavropol və Krasnodar vilayətlərində məskunlaşıblar. Bu vilayətlərdə 980 min erməni yaşayır.
Ermənilərin ikinci ən çox məskunlaşdıqları ölkə isə nə qədər qəribə olsa da Amerika Birləşmiş Ştatlarıdır. Hər nə qədər böyük olsa da bu ölkədə 1 milyon 6 yüz minə yaxın erməni məskunlaşdığı rəsmi sənədlərdə qeyd edilib. Siyahıda 3 – cü yeri isə ermənilərin yaxın tərəfdaşı olan Fransa durur. Bu ölkədə 1 milyon 4 min erməni yaşayır ki, bunlardan da 94 mini Marsel şəhərində məskunlaşıb.
Digər saylara gəlincə ermənilərin yaşadıqları ölkələri azalan rəqəm üzrə statistikasını sizlərə təqdim edirik. Ukrayna – 400 min, Gürcüstan – 250, min, İran – 240 min, Livan – 130 min, Argentina – 120 min, Kanada – 90 min, Avstraliya – 85 min, Özbəkistan – 80 min, Türkiyə - 76 min, Brazilya – 50 min, Almaniya – 47 min, Polşa – 45 min, İspaniya – 40 min, Macarıstan – 35 min, Bolqarıstan – 30 min, Belarus – 30 min, Suriya – 30 min, Yunanıstan – 30 min, Qazaxıstan – 25 min, Niderland – 25 min, Belçika – 25 min.
Əsas tərkibləri təqdim edilən saya yaxın olduğu üçün, rəqəmlər yuvarlaq olaraq götürülüb. Maraqlı digər fakt isə ondan ibarıətdir ki, təqdim olunan statistikada göstərilən saylarda, bir neçə il öncədən dünyasını dəyişən və rəsmi qeydiyyatı olmasına baxmayaraq digər ölkələrdə miqrant olaraq yaşayanlarında adları siyahıya həm rəsmi qeydiyyatda olduqları yer, həm də miqrant kimi getdikləri ölkələrdəki siyahı üzrə iki dəfə əlavə edilib.
Başqa bir maraqlı məqam isə Livan və Suriyanı çıxmaq şərtilə yuxarıda adı çəkilən ölkələrin heç birində ermənilərin qədimdə yaşadığı barədə faktlara rast gəlinmir. Diqqət çəkən başqa bir məsələ isə bu ölkələrə ermənilərin 2 yüz ildən bəri köçürülməsi faktıdır ki, bunuda ciddi cəhdlə gizlətməyə çalışırlar.
Araşdırlamların sonunda gəlinən qənaət odur ki, ermənilərin nə oturaq bir məkanları, nədə iddia etdikləri kimi 4 min il tarixə söykənən kökləri var. Odur ki, digər xalqların tarixini, mədəniyyətini, mətbəxini, milli – mənəvi dəyərlərini mənimsəməklə özlərinə saxta tarix yaratmağa çalışan ermənilərin əsl üzünü bundan sionra olduğu kimi təqdim etmək lazımdır. Düşünürəm ki, erməniləri millət və ya xalq kimi təqdim etmək, bu vaxta qədər onlara verilən ən ali mükafatdır. Ümumi dünyada cəmi sayı 6 milyona çatmayan və soy – kökü bəlli olmayan bir tayfa bu ali ada layiq deyil.
Daşqın Güneyli ordu.az
Reaksiyanız necədir?