KXDR liderinin Putinə verdiyi hədiyyə məlum oldu

KXDR lideri Kim Çen In Vladimir Putinin ölkəyə səfəri zamanı Rusiya liderinə büst və Putinin Qızıl Meydan üzərində portreti olan tablo hədiyyə edib.
Bu, barədə Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) dərc etdiyi fotoşəkillərdən görünür.
Ağ büstdə Vladimir Putin kostyum və qalstukda təsvir olunub, mərmərdən hazırlanmış qara postament üzərində isə "dərin hörmətli" və "sizə sağlamlıq arzulayıram" sözləri yazılıb.
Rusiya prezidentinin portreti olan tablo oyma işləri ilə bəzədilmiş düzbucaqlı çərçivədədir. Qara tuval üzərində Kreml təsvir olunub, yanında isə Müqəddəs Vasili Kilsəsi göstərilib. Həmçinin tabloda atəşfəşanlıq görünür və mərkəzdə Vladimir Putinin portreti yerləşdirilib./BAKU.WS
Reaksiyanız necədir?






