Lerik rayonunda sel körpünü apardı

Apr 12, 2024 - 12:18
Apr 12, 2024 - 12:21
 0  30
Lerik rayonunda sel körpünü apardı

İki gündür yağan leysan yağışlar nəticəsində Lerik rayonunu Yardımlı rayonu ilə birləşdirən yolun üzərindəki yeganə körpünü sel aparıb.

Bu barədə yerli sakinlər sosial şəbəkədə məlumatlar paylaşaraq müvafiq qurumlardan yardım istəyiblər. Bildirilir ki, Ağçay çay üzərində vaxtilə dəmir borularla atılmış körpünün uçması nəticəsində leriklilərin bu ustiqamətdən Masallı ilə əlaqəsi də kəsilib.

Belə olduğu təqdirdə yerli əhali Lənkərana uzun yolu qət etməklə Masallıya və oradan da paytaxta doğru hərəkət etməyə vadar olacaqlar.

https://youtube.com/shorts/76HALVHc1fo?si=F4tIESCpE7pDy83P

Reaksiyanız necədir?

like

dislike

love

funny

angry

sad

wow