Şimali Koreya ballistik raket buraxıb

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.
Bu barədə Yonhap agentliyi yazır.
NHK telekanalının Yaponiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, raket Yaponiya dövlətinin “eksklüziv iqtisadi zonasından kənara düşüb”.
Mayın 27-də KXDR Kosmik İdarəsi kəşfiyyat peykinin uğursuz orbitə buraxıldığını elan edib. İlk mərhələni əhatə edən uçuş fazası zamanı reaktiv daşıyıcı raket havada partlayıb. Mulligyong-1 kəşfiyyat peyki Sohae kosmodromundan buraxılıb.
Reaksiyanız necədir?






